Bərdədə elektrik transformatorunun partlaması güclü yanğına səbəb olub - VİDEO

Bərdədə elektrik transformatorunun partlaması güclü yanğına səbəb olub - <span style="color: red;">VİDEO
# 30 yanvar 2014 13:51 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdənin Lək kəndində elektrik transformatorunun partlaması nəticəsində həmin ərazidə güclü yanğın baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, transformatora birləşən yüksəkgərginlikli elektrik xətlərindən bir neçəsi qırılaraq kənd sakinlərindən birinin həyətyanı sahəsinə düşüb.

Bu da alovun sürətlə yayılmasına səbəb olub. Yerli camaat yanğını söndürməyə çalışsalar da, havanın nisbətən küləkli olması vəziyyəti alovu daha da gücləndirib.

Yalnız Fövqəladə Hallar Nazirliyi Bərdə Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin əməkdaşları və yanğınsöndürən maşınları əraziyə cəlb olunduqdan sonra alovu söndürmək mümkün olub. Hadisə zamanı xəsarət alan olmayıb. Amma partlayış zamanı bir necə evdə elektriklə işləyən məişət avadanlıqları-televizor , soyuducu , paltaryuyan maşın və sairə sıradan çıxıb.

Hadisəyə transformatorun həddən artıq yüklənməsi nəticəsində yaranan qısaqapanmanın səbəb olduğu ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR