Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı yerləşdiriləcək

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti tranşı yerləşdiriləcək
# 30 noyabr 2013 07:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Dekabrın 2-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq. İstiqrazlar 100,4083% qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların ödənmə tarixi 2023-cü ilin avqustun 23-dür.


Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti bu ilin sentyabrın 30-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 20 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. Bu istiqrazların yerləşdirilməsinə oktyabrın 14-də başlanılıb və bu günədək 10 mln. həcmində istiqraz yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR