Lex Valensa: “Ukrayna müxalifəti hakimiyyətin dəyişməsinə nail ola bilməyəcək”

Lex Valensa: “Ukrayna müxalifəti hakimiyyətin dəyişməsinə nail ola bilməyəcək”
# 18 dekabr 2013 11:46 (UTC +04:00)

APA-nın “Delo” portalına istinadən verdiyi məlumata görə, bu haqda Lex Valensa Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində bildirib.

“Mən müxalifətçilər arasında rəhbər, başçı görmürəm. Eynilə hakimiyyəti devirməyə qadir nəhəng ictimai hərəkat, vahid partiya və təşkilat da yoxdur”, - deyə “Həmrəylik” hərəkatının banisi qeyd edib.

L. Valensa müxalif “UDAR” partiyasının lideri, prezidentliyə iddialı boksçu Vitali Kliçkonun da siyasi perspektivlərinə şübhə ilə yanaşıb. “Hesab etmirəm ki, Kliçko idarəetməyə hazırdır”, - deyə L.Valensa bildirib.

Polşanın sabiq prezidenti Ukrayna hökuməti və müxalifətini danışıqlara çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR