Tehranda İƏT Parlament İttifaqının 9-cu toplantısı başlayıb - FOTO

Tehranda İƏT Parlament İttifaqının 9-cu toplantısı başlayıb - <span style="color: red;">FOTO
# 18 fevral 2014 08:54 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İranın paytaxtı Tehranda İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının 9-cu iclası başlayıb. APA-nın məlumatına görə, birlikdə sədrlik vəzifələrini təhvil verən Sudan parlamentinin sədri Fateh İzəddin Mənsur öz çıxışında islam cəmiyyətinin birliyinin vacibliyindən danışıb. O bildirib ki, islam dünyası digər cəmiyyətlər üçün nümunə olmalıdır. F. İ. Mənsur Fələstinə dəstək verilməsinin vacibliyini də qeyd edib.

Daha sonra birliyə növbəti 1 il ərzində sədrlik edəcək İran parlamentinin sədri Əli Laricani çıxış edərək deyib ki, müsəlmanlar arasında birlik olmalıdır və müsəlman dünyası terrorizmin mənbəyi kimi qəbul edilməməlidir. İran prezidenti Həsən Ruhani isə çıxışında vurğulayıb ki, müsəlmanlar bu gün ciddi təhlükələrlə üzləşirlər. Bu mənada o, Fələstin və Suriya problemlərini qeyd edib. H. Ruhani deyib ki, islam dünyasının imkanları düzgün istifadə olunmur: “İslam dəyişikliyin və inkişafın mənbəyidir. Əgər biz islamın tələblərinə görə hərəkət etsək, daha yaxşı gələcəyə nail olarıq”.

Qeyd edək ki, Azərbaycanı iclasda Milli Məclisin sədri Oqtay Əsədov təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR