Azərbaycanda son iki ayda 44 min nəfərə elektron daşıyıcısı olan ümumvətəndaş pasportu verilib

Azərbaycanda son iki ayda 44 min nəfərə elektron daşıyıcısı olan ümumvətəndaş pasportu verilib
# 01 noyabr 2013 14:12 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan prezidentinin 2012-ci il 17 iyul tarixli fərmanına uyğun olaraq bu il sentyabr ayının 1-dən elektron daşıyıcısı olan ümumvətəndaş pasportlarının verilməsinə başlanıb və əhalinin rahatlığının, vətəndaş məmnunluğunun təmin edilməsi üçün bir sıra digər təşkilati-praktik addımlar atılıb. Məhz vətəndaş məmnunluğunun təmin edilməsi və sözügedən Əsasnamənin tələblərinin icrası məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi bu istiqamətdə əlavə tədbirlərin görülməsi barədə müvafiq göstəriş verib. Həmin göstərişə uyğun olaraq bundan sonra ümumvətəndaş pasportları şəxsin yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin bütün regional mərkəzlərində veriləcək.

Məlumatda həmçinin qeyd olunur ki, şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi yönündə vətəndaşlara ən yüksək standartlar səviyyəsində xidmətin göstərilməsi məqsədilə Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 9 regional mərkəzləri üçün yeni inzibati binalar tikilib və zəruri avadanlıqlarla, ən müasir texniki vasitələrlə təchiz olunub. Ötən iki ayda 44 minə yaxın ölkə vətəndaşı şəxsiyyəti təsdiqləyən müvafiq sənədlərlə təmin olunub.

Müvafiq xidmətin operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi üçün bütün zəruri tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR