APA-nın “İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, 20-yə yaxın adam televiziya şirkətinin studiya kompleksinə soxularaq texniki avadanlıqları dağıtmağa başlayıb.
Kiyev milisinin verdiyi məlumata görə, basqınçılar telekanala məxsus mebel, texnika və digər əşyaları daşıyıb aparıblar. Faktla bağlı araşdırma aparılır.