Azərbaycanda qaçaqmalçılıq və narkotik alverində təqsirləndirilən İran vətəndaşlarına hökm oxunub

Azərbaycanda qaçaqmalçılıq və narkotik alverində təqsirləndirilən İran vətəndaşlarına hökm oxunub
# 29 noyabr 2013 11:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda narkotik vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda olmaqda təqsirləndirilən İran İslam Respublikasının vətəndaşları Nazarian Mehdi Reza və Erik Adinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, M. Nazarian 14 il, E. Adi isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə , saxlama, satma, daşıma) və 206-cı (qaçaqmalçılıq) maddələrinin müxtəlif bəndələri üzrə ittiham olunublar. Onlar külli miqdarda narkotik vasitəni İrandan Azərbaycana keçirərkən həbs olunublar.

Onu da qeyd edək ki, hökmdən narazı qalan E. Adi apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR