Azərbaycan prezidenti Türkiyənin milli təhsil naziri ilə görüşüb - FOTO

Azərbaycan prezidenti Türkiyənin milli təhsil naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 21 may 2013 13:21 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev mayın 21-də Türkiyənin milli təhsil naziri Nabi Avçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.

Qəti əminlik ifadə olunub ki, ölkələr arasında təhsil sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələri gələcəkdə də uğurla inkişaf edəcək.

Görüşdə Türkiyə milli təhsil nazirinin səfərinin bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR