Cəzaçəkmə müəssisəsinə dərman preparatlarının keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə dərman preparatlarının keçirilməsinin qarşısı alınıb
# 21 sentyabr 2013 07:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar Xidmətin və 7 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1984-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elnur İsgəndər oğlu Eyyubova qardaşı Raminin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman 4 ədəd “Rulet” şirniyyatının içərisinə ağ sellofanlara bükülərək yerləşdirilmiş 286 ədəd qırmızı rəngli dərman həbləri aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR