Bu gün Krımda “referendum” keçirilir

Bu gün Krımda “referendum” keçirilir
# 16 mart 2014 08:01 (UTC +04:00)

Bu gün Krımda Rusiyanın hərbi və siyasi dəstəyi ilə tanınmamış referendum keçiriləcək. Referendumla bağlı bülletendə rus, Ukrayna və Krım tatarlarının dilində 2 sual öz əksini tapıb. Birinci sual "Siz Krımın Rusiyanın subyekti olaraq bu ölkənin tərkibinə qatılmasına razısınızmı?" şəklində qoyulub, ikinci sual isə "Siz Krım Respublikasının 1992-ci il təsbit olunan fəaliyyətinin bərpasına və Krımın Ukrayna tərkibində status almasına razısınızmı?" şəklindədir.

Krımdakı referendumun Rusiya qoşunlarının yarımadanı işğal altında saxlaması fonunda keçirildiyini irəli sürərək Rusiyadan başqa digər dünya dövlətləri bu prosesi legitim hesab etmir.

Martın 15-də BMT Təhlükəsizlik Şurası Krımdakı referendumumun heç bir hüquqi qüvvəsi olmayan hadisə adlandırıb və bütün dünya ölkələrini onun nəticələrini tanımamağa çağıran qətnamənin qəbulunu təklif edib. Lakin Rusiya veto hüququndan istifadə edərək qətnamənin qəbuluna imkan verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR