Ketrin Eşton və Ştefan Füle Azərbaycanda prezident seçkiləri ilə əlaqədar bəyanatla çıxış ediblər

Ketrin Eşton və Ştefan Füle Azərbaycanda prezident seçkiləri ilə əlaqədar bəyanatla çıxış ediblər
# 11 oktyabr 2013 07:15 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton və Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, ali nümayəndə və komissar ATƏT/DTİHB-in beynəxalq müşahidə missiyasının ilkin rəyi ilə tanış olublar.

“Azərbaycanı beynəlxalq öhdəliklərə tam cavab vermək üçün ATƏT/DTİHB-nın ilkin rəyində əksini tapmış, seçki prosesində qeydə alınmış problemləri həll etməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.

K. Eşton və Ş. Füle AŞPA və Avropa Parlamentinin müşahidə missiyalarının seçki ilə bağlı bəyanatlarını nəzərə alaraq, yerli və beynəlxalq müşahidəçilərin daha geniş miqyasda təmsil olunmalarına dair Azərbaycan hakimiyyətinin iradəsini alqışlayıblar.

Onlar Azərbaycan hakimiyyətini demokratiya yolunda irəliləmək və ölkədə qanununun aliliyini təmin etmək istiqamətində beynəlxalq ictimaiyyətin rəylərini nəzərə almağa çağırıblar.

AB rəsmiləri “Şərq tərəfdaşlığı” proqramı və Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını da vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR