Azərbaycanda daha çox hansı ixtisaslar üzrə müəllimlərə ehtiyac olduğu müəyyənləşəcək

Azərbaycanda daha çox hansı ixtisaslar üzrə müəllimlərə ehtiyac olduğu müəyyənləşəcək
# 14 oktyabr 2013 14:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Təhsil Nazirliyi tərəfindən ümumi təhsil məktəblərində mövcud olan vakansiyalar təhlil edilir.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhlilin nəticələrinə əsasən daha çox hansı ixtisaslar üzrə müəllimlərə ehtiyac olduğu müəyyənləşəcək. Yalnız bu işlərdən sonra vakansiyalar elan ediləcək. Keçid balını toplamış və işə qəbul olunmamış namizədlər müsabiqədə iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR