Bakıda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ağır xəsarət alıb

Bakıda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ağır xəsarət alıb
# 20 noyabr 2013 15:15 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda üç nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Müşfiqabad qəsəbəsində qeydə alınıb. Qəza zamanı “Kia” və “Daewoo” markalı avtomobillər toqquşub. Nəticədə 1967-ci il təvəllüdlü Ruhəngiz Tapdıq qızı Gülalıyeva, 1971-ci təvəllüdlü Emin Əlipaşa oğlu Məmmədov, 1984-cü il Rüstəm İlyas oğlu Rəhimov ağır xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR