Tovuzda avtomobil çaya aşıb, bir nəfər ölüb - VİDEO

 Tovuzda avtomobil çaya aşıb, bir nəfər ölüb - <span style="color: red;">VİDEO
# 16 sentyabr 2013 12:57 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Ötən gecə Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-nən qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Əsrik – Cırdaxan və Kirən yolunun kəsişməsində qeydə alınıb. Rayon sakini Aqil Quliyevin idarə etdiyi “Niva” markalı avtomobil Əsrik çayına düşüb. Qəza zamanı Aqil Quliyev dünyasını dəyişib. Avtomobildə olan sərnişin Bəhmən Hüseynov isə ağır bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR