“Eurovision - 2012” ərəfəsində Azərbaycanda terror planlaşdırmaqda təqsirləndirilən dəstənin məhkəməsi davam etdirilib

“Eurovision - 2012” ərəfəsində Azərbaycanda terror planlaşdırmaqda təqsirləndirilən dəstənin məhkəməsi davam etdirilib
# 17 sentyabr 2013 10:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktı həyata keçirməyi planlaşdırmaqda təqsirləndirilən Samir Sanıyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə qapalı keçirilən prosesdə 14 şahid ifadə verib.

Proses sentyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il musiqi yarışması ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi (MTN) antiterror əməliyyatı keçirib. Əməliyyatlar nəticəsində mahnı müsabiqəsi ərəfəsində Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək istəyən mütəşəkkil dəstə zərərsizləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri cari ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməyi, eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməyi, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahları partlatmağı, əcnəbilərin daha çox olduqları və qaldıqları “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, “Baku Crystal Hall”da və Dövlət Bayraq qeydiyyatında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR