Zaqatalada avtomobil ağaca çırpılıb, bir ailənin üç üzvü xəsarət alıb - APA TV

Zaqatalada avtomobil ağaca çırpılıb, bir ailənin üç üzvü xəsarət alıb - <span style="color: red;">APA TV
# 05 avqust 2013 07:07 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 112-ci kilometrliyində, Zaqatala rayonu ərazisində yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü, Bakı şəhər sakini Abbasov Vaqif Mədər oğlu idarə etdiyi “Opel” markalı, 99 DS 794 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, avtomobilin idarəetməsini itirərək yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində sürücü Vaqif Abbasov, onun həyət yoldaşı, 1989-cu il təvəllüdlü Abbasova Şəhanə İkram qızı və onların 2013-cü ildə doğulmuş körpəsi Abbasova Nuray Vaqif qızı xəsarət alaraq Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıblar.

Zaqatala MRX-dan verilən məlumata görə, onların xəsarətləri yüngül olduğundan xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin təhqiqat və istintaq bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR