Bu gün Binəqədinin su təminatında fasilələr olacaq

Bu gün Binəqədinin su təminatında fasilələr olacaq
# 14 may 2013 08:11 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Binəqədi rayonunun su təminatında fasilələr olacaq.

«Azərsu» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində 400 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.

Bununla əlaqədar mayın 14-də gün ərzində C.Xəndan küçəsi və ətraf ərazilərə içməli su müəyyən fasilələrlə veriləcək. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR