BTRİB aktivlərini 6% artırıb

BTRİB aktivlərini 6% artırıb
# 01 iyul 2014 08:44 (UTC +04:00)

Bakı - APA-Economics. “Bakı telefon rabitəsi” İstehsalat Birliyinin (BTRİB) 2013-cü il üzrə aktivləri 6,4% artaraq 166 mln. 480,105 min manata çatıb.

APA-Economics”in məlumatına görə, bu barədə “Premium Audit” şirkəti tərəfindən həyata keçirilən auditin nəticələrində bildirilir.

Müəssisənin uzunmüddətli aktivləri 4,4% artaraq 96 mln. 124,576 min manat təşkil edib. Onu da qeyd edək ki, uzunmüddətli aktivlərin strukturunda əsas yeri torpaq, tikililər və avadanlıqlar tutur ki, onların qiyməti 91 mln. 118,987 min manat təşkil edir.

Qısamüddətli aktivlərə gəlincə, burada əsas yeri 47 mln. 861,445 min manatlıq debitor borcları və 8 mln. 116,618 min manatlıq ehtiyatlar tutur. Ümumilikdə, ötən il ərzində qısamüddətli aktivlər 9,3% artaraq 70 mln. 355,529 min manat təşkil edib.

Hesabat dövründə müəssisənin əsas əməliyyat gəliri 27,1% artaraq 71 mln. 552,09 min manat təşkil etdiyi halda, satılan məhsulun maya dəyəri 30,6% artaraq 68 mln. 867,356 min manat olub.

Bu ilin əvvəlinə BTRİB-in məcmu kapitalı 7,3% artaraq 73 mln. 606,917 min manat, nizamnamə kapitalı dəyişməyərək 5 mln. 795,897 min manat təşkil edib.

Ötən dövrdə müəssisənin öhdəlikləri 5,6% artaraq 92 mln. 873,188 min manat, o cümlədən uzunmüddətli öhdəliklər 47% artaraq 3 mln. 501,324 min manat, qısamüddətli öhdəliklər 4,5% ataraq 89 mln. 371,864 min manat olub.

BTRİB-in cari ilin əvvəlinə xalis mənfəəti 1 mln. 522,545 min manat təşkil edib ki, bu da 2012-ci il üzrə göstəricidən 59,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR