Azərbaycan prezidenti MDB müşahidə missiyası rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan prezidenti MDB müşahidə missiyası rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - <span style="color: red;">FOTO
# 10 oktyabr 2013 14:07 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, S. Lebedev rəhbərlik etdiyi müşahidə missiyasının adından dövlət başçısını prezident seçkilərində böyük səs çoxluğu ilə əldə etdiyi qələbə münasibətilə təbrik edib. Seçki günü yerli müşahidəçilər və seçicilərlə səsvermənin gedişi ilə bağlı yaxından maraqlandıqlarını vurğulayan S. Lebedev onların birmənalı olaraq sabitliyə və inkişafa səs verəcəkləri ilə bağlı fikirlərinin şahidi olduqlarını deyib.

Səsvermənin nəticələrinə toxunan qonaq bildirib ki, nəticələr Azərbaycan xalqının öz liderinə arxalandığını və görülən işlərin perspektivlərinə inandığını göstərib. S. Lebedev prezident İ. Əliyevin həyata keçirdiyi kursun Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən MDB-də nüfuzunun daha da möhkəmləndirilməsi və eyni zamanda, Birlik ölkələri ilə səmimi qonşuluq, iqtisadi, humanitar əməkdaşlıq əlaqələrinin genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Prezident İ. Əliyev seçkilərin şəffaf keçirilməsi üçün maksimum şəraitin yaradılması istiqamətində lazımi işlərin görüldüyünü və seçki prosesinin demokratik şəraitdə keçdiyini deyib. Dövlət başçısı Azərbaycan xalqının ölkədə həyata keçirilən siyasətin nəticələrinə səs verdiklərini vurğuladı və ölkəmizin inkişafı ilə bağlı uğurlu nəticələrə əsaslanan bu siyasətin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR