Türkiyə İranın təbii qazla bağlı təklifini rədd edib

Türkiyə İranın təbii qazla bağlı təklifini rədd edib
# 16 iyun 2014 15:41 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Türkiyə İranın təbii qazla bağlı təklifini rədd edib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın neft nazirinin müavini Həmidrza İraqi bildirib.

Onun sözlərinə görə, Türkiyə nümayəndə heyəti ilə görüşlər davam etdirilir: “Türkiyə nümayəndə heyətinin yaxın günlərdə İrana gəlməsini gözləyirik. Türkiyə tərəfinin təbii qazın qiymətində endirim edilməsi tələbi məntiqli deyil. Razılaşma gizli olduğundan endirim səviyyəsi barədə heç bir açıqlama verə bilməyəcəyəm. Türkiyə tərəfi nə bugünkü qazın qiymətini, nə də bizdən idxal etdikləri “mavi yanacağ”ın həcmini illik 5 milyard kubmetr artırmaqla bağlı təklifimizi qəbul edir. Hər bir ölkə istənilən razılaşmada öz mənafeyini qorumaq istəyir. İran da öz mənafeyindən əsla geri çəkilməyəcək. Biz indiyədək dəfələrlə bəyan etmişik. Əgər Türkiyə İrandan qazın idxalını artırsa, biz də o zaman qiymət məsələsini görüşərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR