Hava şəraiti ilə əlaqədar Sumqayıtda da müvəqqəti sığınacaq yaradılıb

Hava şəraiti ilə əlaqədar Sumqayıtda da müvəqqəti sığınacaq yaradılıb
# 01 fevral 2014 08:41 (UTC +04:00)

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sığınacaq Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi 17 a ünvanında yerləşir.

Qeyd edək ki, qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar olaraq ƏƏSMN Bakı şəhərinin müxtəlif yerlərində səyyar sığınacaqlar təşkil edib.

Sığınacaqlar Bakının Nərimanov (Şərq bazarının yaxınlığı, Xətai prospekti, 11), Nəsimi (Nəsimi bazarının yaxınlığı, S.Rüstəm küç. 69), Nizami (Xalqlar Dostluğu metrosunun yaxınlığı, Q.Qarayev küç. 118), Xətai (Bakı kinoteatrının qarşısı, Sarayev küç. 20) və Yasamal (Xiyabani küç. 211) rayonlarında yerləşir.

Bütün sığınacaqlar 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin olunublar. Yaşayış yerinə getməkdə, o cümlədən rayondan müvəqqəti olaraq Bakıya gəlmiş və yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar işləyənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar, yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar bu sığınacaqlarda heç bir məhdudiyyət olmadan yerləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR