Argentina Xarici İşlər Nazirliyində 28 May-Respublika Günü münasibəti ilə rəsmi tədbir keçirilib - FOTO

Argentina Xarici İşlər Nazirliyində 28 May-Respublika Günü münasibəti ilə rəsmi tədbir keçirilib - <span style="color: red;">FOTO
# 29 may 2014 12:40 (UTC +04:00)

Bakı-APA. Argentina Xarici İşlər Nazirliyində 28 May-Respublika Günü münasibəti ilə rəsmi tədbir keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirə Argentina XİN, habelə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi təşkilati dəstək göstərib.

Tədbirdə Argentina hökuməti və parlamentinin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, habelə işğüzar dairələrin, mədəniyyət və aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Argentinanın xarici siyasət üzrə dövlət katibinin müavini Marina Carolina Perez Kolman hökumət adından Azərbaycan xalqını 28 May-Respublika Günü münasibətilə təbrik edib, Azərbaycanın Argentina üçün önəmi, Azərbaycan-Argentina münasibətlərində son illərdə əldə edilmiş nailiyyətlər barədə danışıb. Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını qeyd edən M.Perez Kolman Azərbaycanı strateji mövqeyə, zəngin təbii resurslara, dinamik inkişafa və yüksək beynəlxalq nüfuza malik ölkə kimi xarakterizə edib.

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə isə Azərbaycanın müstəqillik illərində keçdiyi yol, ölkəmizin inkişaf strategiyası, regional liderliyi, Latın Amerikası regionu ölkələri ilə son illərdə inkişaf etməkdə olan əlaqələrindən danışıb. Argentina ilə əlaqələrə toxunan diplomat iki ölkə arasında siyasi, iqtisadi və humantar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərindən bəhs edib.

Tədbir Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı ilə davam edib. Konsert proqramından sonra rəsmi ziyafət verilib.

Tədbirdə həmçinin Azərbaycanın tarixi abidələrinin, müasir görüntülərinin və gələcək layihələrinin fotoşəkillərindən ibarət sərgi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR