Azərbaycan XİN rəhbəri fələstinli həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - FOTO

Azərbaycan XİN rəhbəri fələstinli həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib  - <span style="color: red;">FOTO
# 13 may 2014 19:38 (UTC +04:00)

APA-nın Azərbaycan XİN mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş əsnasında Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. BMT TŞ-nin münaqişə ilə bağlı məlum qətnamələri tərəfindən dərhal, qeyd şərtsiz və tam şəkildə işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunduğunu deyən nazir Elmar Məmmədyarov, Ermənistanın BMT TŞ-nin qətnamələrinə əməl etmədiyini qeyd edib. O əlavə edib ki, Ermənistan müxtəlif məqsədyönlü addımlar, o cümlədən Cenevrə Konvensiyalarına zidd şəkildə Suriya ermənilərini işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirməklə münaqişənin həllinə əngəl yaradır.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Yaxın Şərq münaqişəsinin həlli istiqamətində görülən səyləri və bu münaqişənin iki dövlət prinsipi əsasında həll edilməsini dəstəklədiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR