Türkiyə mətbuatı: Barak Obama Həsən Ruhaniyə yüksək səviyyədə dialoq qurmağı təklif edib

Türkiyə mətbuatı: Barak Obama Həsən Ruhaniyə yüksək səviyyədə dialoq qurmağı təklif edib
# 22 iyul 2013 08:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ prezidenti Barak Obama İran yeni prezidenti Həsən Ruhaniyə müxtəlif mesajlar göndərib.

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ prezidenti öz mesajında iranlı həmkarına yüksək səviyyədə dialoq qurmağı təklif edib.

Xəbərdə bildirilir ki, B.Obama yalnız bu yolla rəsmi Vaşinqtonla Tehran arasında uzlaşma əldə ediləcəyini vurğulayıb. H.Ruhaninin isə ABŞ rəhbərliyindən İranın nüvə proqramı da daxil olmaqla bəzi güzəştlər gözlədiyi qeyd edilir. Məlumatda həmçinin deyilir ki, B.Obamanın bütün mesajları H.Ruhaniyə Türkiyənin vasitəsilə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR