AMEA əhalinin keyfiyyətli ərzaq təminatı istiqamətində yeni layihə həyata keçirir

AMEA əhalinin keyfiyyətli ərzaq təminatı istiqamətində yeni layihə həyata keçirir
# 05 sentyabr 2013 12:09 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu əhalinin keyfiyyətli ərzaq təminatı istiqamətində yeni layihə həyata keçirir. AMEA-dan APA-ya verilən məlumata görə, "Ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı mövcud vəziyyətin təhlili, bu sahədə problemlərin aşkar olunması və aradan qaldırılması yolları" adlı layihədə məqsəd iqtisadi sabitliyin və sosial dayanıqlığın möhkəmləndirilməsində, həmçinin əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində yardımçı olmaqdır.

Dəyəri 44 min manat olan layihə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyevin sözlərinə görə, tədqiqat çərçivəsində ərzaq məhsullarının istehsalı, istehlakı, emalı və saxlanılmasında mövcud olan problemlər və onların həlli yolları araşdırılır. Araşdırmalar “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramında nəzərdə tutulan vəzifələrə müfaviq qaydada aparılır. Hazırda istehlak bazarında həm yerli, həm də xarici məhsulların bəzi hallarda gigiyenik və ekoloji baxımdan müasir standartlara cavab verməməsini nəzərə alan alimlər hesab edir ki, problemin məsuliyyətini yalnız dövlət deyil, vətəndaşlar da hiss etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR