Bakıda İƏT-in Əmək Mərkəzi yaradılır

Bakıda İƏT-in Əmək Mərkəzi yaradılır
# 17 iyun 2014 09:14 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, tədbirdə komitəyə üz ölkələr - Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziyadan nümayəndələr iştirak edir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın iqtisadi və sosial sahələrdə gördüyü işlər, əldə etdiyi irəliləyişlərdən danışıb.

S. Müslümov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini xatırladaraq bildirib ki, bu təcavüz nəticəsində ölkə iqtisadiyyatına 60 mlrd. dollardan artıq ziyan dəyib: “Minlərlə infrastrukturu dağılıb, əmək ehtiyatları ciddi şəkildə azalıb”.

Nazir bildirib ki, İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması ilə bağlı konsepsiya və nizamnaməsinin sənədi hazırlanıb və baxılmaq üçün üzv dövlətlərə təqdim edilib.

İƏT-in baş katibinin iqtisadi məsələlər üzrə yardımçısı səfir Həmid A. Opeloyeru isə tez bir zamanda elmi araşdırmalar mərkəzinin, İslam ölkələrinin iqtisadi-sosial təlim mərkəzlərinin yaradılmasının vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR