Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub
# 21 yanvar 2014 13:05 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-250, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yanvarın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir.

Yanvarın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım, Şirvanda 3, Salyanda 10 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 407 sm, Şirvanda 287 sm, Salyanda 253 sm, Bankədə 241 sm, Araz çayının Novruzlu məntəqəsində isə 174 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR