Rusiyada özəl bank səhvən fərdi hesaba 312 mlrd. dollar pul köçürüb

Rusiyada özəl bank səhvən fərdi hesaba 312 mlrd. dollar pul köçürüb
# 16 yanvar 2014 12:12 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyada özəl bir bank səhvən bir şəxsin hesabına külli miqdarda pul köçürüb.

APA - nın Rusiya bürosunun məlumatına görə, bankın səhvi nəticəsində Çelyabinsk şəhərində yaşayan 26 yaşlı Timur Fatkullinin bank hesabına 9 999 999 999 999 rubl (312,5 milyard ABŞ dolları) pul daxil olub.

Rusiya mediasına açıqlama verən T. Fatkullin şəxsi hesabındakı vəsaiti görəndə, sevindiyini və təəccübləndiyini bildirib: “Dərhal banka zəng elədim, onlara baş verən hadisə haqqında bildirdim və hesabımı dondurdum”.

Hesabında olan külli miqdarda pulu xərcləmək barədə bir an belə fikirləşmədiyini söyləyən T. Fatkullin hesabı görən kimi bunun texniki səhv olduğunu anladığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR