Gəncə şəhər sakini dəm qazından zəhərlənib

Gəncə şəhər sakini dəm qazından zəhərlənib
# 22 yanvar 2014 09:58 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə 28 yaşlı qadın dəm qazından zəhərlənib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1986-cı il təvəllüdlü Samirə İbrahimova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardım nəticəsində 28 yaşlı S. İbrahimovanın həyatını xilas etmək mümkün olub. Araşdırma zamanı məlum olub ki, o dünən gecə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR