Azərbaycanda bu il 2,5 mln. tona yaxın taxıl istehsalı gözlənilir

Azərbaycanda bu il 2,5 mln. tona yaxın taxıl istehsalı gözlənilir
# 20 iyun 2014 09:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin əvvəlindən ölkədə 300 min hektardan artıq taxıl biçilib. Eyni dövrdə 633 min tondan çox məhsul yığılıb. Orta məhsuldarlıq isə hələlik təxminən 22 sentner təşkil edir.

APA-Economics”in xəbərinə görə, bu haqda kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Lakin İ. Quliyev dolu ilə əlaqədar bəzi rayonlara da az miqdarda ziyan dəydiyini əlavə edib.

“Quraqlıqla bağlı da müəyyən problemlər var. Bununla bağlı məlumatlar toplanılır. Məlumatla mövsümün sonunda yəqin ki, ictimaiyyətə təqdim olunacaq”, - deyə o qeyd edib.

Nazir müavini bildirib ki, taxıl istehsalı builki proqnoza görə, 2-2,5 mln. ton civarında gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR