Pan Qi Mun “Cenevrə-2” konfransı ərəfəsində Suriya Milli Koalisiyasının rəhbəri ilə görüşüb

Pan Qi Mun “Cenevrə-2” konfransı ərəfəsində Suriya Milli Koalisiyasının rəhbəri ilə görüşüb
# 22 yanvar 2014 04:39 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Qi Mun İsveçrənin Montrö şəhərində Suriya münaqişəsinin nizamlanması üzrə beynəlxalq konfrans ərəfəsində Suriya Müxalifət və İnqilabi Qüvvələrinin Milli Koalisiyasının lideri Əhməd Carba ilə görüşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin bəyanatında bildirilir.

“Baş katib Suriya müxalifətinin nümayəndə heyətini yanvarın 22-də başlayacaq Suriya münaqişəsinin nizamlanması üzrə beynəlxalq konfransda iştirakını alqışlayıb. Onlar yanvarın 24-də BMT və ƏDL-in xüsusi nümayəndəsi Lahdar Brahiminin iştirakı ilə münaqişənin hərtərəfli siyasi nizamlanmasına və Cenevrə kommünikesinin reallaşmasına istiqamətlənmiş danışıqları da müzakirə ediblər”, deyə bəyanatda bildirilir.

Bundan əvvəl Suriya münaqişəsinin nizamlanması üzrə beynəlxalq konfransının ilk raundunun 7-10 günədək davam edəcəyi bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR