Moskvanın Qərbi Biryulevo rayonundakı hadisələrlə bağlı saxlanılan şəxslər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb

Moskvanın Qərbi Biryulevo rayonundakı hadisələrlə bağlı saxlanılan şəxslər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb
# 14 oktyabr 2013 12:34 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Moskva şəhərinin Qərbi Biryulevo rayonunda törədilən hadisə nəticəsində saxlanılan şəxslərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “kütləvi iğtişaş” maddəsi ilə cinayət işi açıla bilər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin KİV-lə qarşılıqlı əlaqə idarəsinin rəhbəri Vladimir Markin deyib. O bildirib ki, oktyabrın 13-də Moskvanın Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlar törətməkdə şübhəli bilinərək saxlanılan şəxslər barəsində istintaq hərəkətləri davam etdirilir: “İstintaq araşdırmaları nəticəsində saxlanılan şəxslərin hərəkətlərində kütləvi iğtişaşlar törətmək barədə cinayət tərkibi aşkar olunduğu təqdirdə onların barəsində “kütləvi iğtişaş” maddəsi ilə cinayət işi açılacaq. Yoxlamalara İstintaq Komitəsinə polis tərəfindən müvafiq materiallar daxil olduqdan sonra başlanacaq. Hələlik saxlanılanlar barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR