Azərbaycanın xarici işlər naziri amerikalı konqresmenlərlə görüşüb

Azərbaycanın xarici işlər naziri amerikalı konqresmenlərlə görüşüb
# 25 noyabr 2013 14:11 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərdə olan amerikalı konqresmenlərlə görüş keçirib. APA-nın xəbərinə görə, demokratlar Cim Makdermott, Ceyms Moran, Donald Peyn və respublikaçı Billi Lonq nazirlə ikitərəfli və regional məsələləri müzakirə ediblər.

C. Makdermott səfərin tanışlıq xarakteri daşıdığını deyib: “Azərbaycan dünyanın mürəkkəb hissəsində yerləşən, Rusiya və İranla qonşu olan bir dövlətdir”.

Qonaq bildirib ki, nümayəndə heyəti Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Onlar Nəqliyyat Nazirliyində və Diplomatik Akademiyada da olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR