Moskvada Özbəkistan vətəndaşı millətçilər tərəfindən vəhşicəsinə öldürülüb

Moskvada Özbəkistan vətəndaşı millətçilər tərəfindən vəhşicəsinə öldürülüb
# 16 yanvar 2014 23:10 (UTC +04:00)

Bakı-APA. Yanvarın 16-da axşam saatlarında Moskvanın şimalında Sxodnı dalanı, 1 ünvanında yerləşən yaşayış binasının həyətində Özbəkistan vətəndaşı vəhşicəsinə qətlə yetirilib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, öldürülən şəxsin cəsədi ötən gün 23.00 radələrində aşkarlanıb. Məhkəmə-tibb ekspertləri cəsədin üzərində 20-dək bıçaq yarasının olduğunu müəyyənləşdirib.

İlkin versiyaya görə, qətl hadisəsi millətçilər tərəfindən törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR