İranla Pakistan arasında təbii qaz ixracı məsələsində problem yaranıb

İranla Pakistan arasında təbii qaz ixracı məsələsində problem yaranıb
# 31 oktyabr 2013 07:54 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Pakistan arasında təbii qaz ixracı məsələsində problem yaranıb.

APA-nın İRNA-ya istinadən məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Tehranın mövcud şərtlərdə İslamabada “mavi yanacaq” ixracına çox ümidi yoxdur: “Çünki Pakistan tərəfindən irəli sürülən şərtlər altında bu ölkəyə təbii qaz ixracı çox çətindir”.

Nazir həmçinin deyib ki, yaxın vaxtlarda İran İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omana “mavi yanacaq” ixracına başlayacaq: “Yaxın vaxtlarda İraqla təbii qaz ixracı sahəsində ikinci müqavilə imzalanacaq. Oman və BƏƏ ilə də oxşar razılaşmaların imzalanmasına çalışırıq”.

B.Zəngənə noyabrın 3-də Tehranda Qaz İxrac edən Ölkələr Təşkilatının (GECF) XV toplantısının keçiriləcəyini də vurğulayıb: “Bu konfrans hər il normal şərtlər altında üzv ölkələrdən birində təşkil edilir. Builki iclas da Tehranda olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR