İranda əlil azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb - FOTO

İranda əlil azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb - <span style="color: red;">FOTO
# 15 yanvar 2014 14:39 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda əlil azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, İsrafil Sultanian yanvarın 14-də günortadan sonra 44 günlük həbsdən sonra 50 milyon riyal girov müqabilində Tehranın Evin həbsxanasında sərbəst buraxılıb.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Tehran vilayətinin Gülüstan şəhərinin sakinini dekabrın 1-də iş yerində həbs edib. Əvvəlcə ETTELAAT-ın Gülüstan şəhərindəki təcridxanasına salınan azərbaycanlı fəalın şəxsi əşyaları, kitabları, bukletləri, hətta türkcəyə çevirdiyi Quran müsadirə edilib. İ.Sultanianın Məhərrəm ayının Tasua günündə Tehran vilayətinin Gülüstan, İslamşəhr və Əkbərabad şəhərlərində ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqda yazılı vərəqələr paylaması səbəbindən həbs edildiyi ehtimal olunur. Daha sonra Tehranın Evin həbsxanasına köçürülən İ.Sultanian yanvarın 12-də istintaq idarəsinə aparılıb. Azərbaycanlı fəal qanunsuz həbsinə, zindanın ağır şəraitinə, onun kimi əlil məhbuslar üçün heç bir şərait olmamasına etiraz olaraq 15 gün aclıq aksiyası da keçirib. O, yerimək qabiliyyətini itirdiyindən, əlil arabasından istifadə edir. İ.Sultanian 2007-ci ildə 2006-cı il 22 may hadisələrinin ildönümündə Ərdəbil şəhərində həbs edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR