Barak Obama 28 May münasibətilə Azərbaycan prezidentini və xalqını təbrik edib

Barak Obama 28 May münasibətilə Azərbaycan prezidentini və xalqını təbrik edib
# 23 may 2013 13:15 (UTC +04:00)

APA-nın məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident!

Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. 1918-ci il mayın 28-də müstəqil Azərbaycan müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika kimi beynəlxalq ictimaiyyətə nümunə oldu. Azərbaycanın əlamətdar tarixi ilə bağlı bayrama biz də qoşuluruq.

Ölkələrimiz arasında, xüsusilə də enerji və regional təhlükəsizlik sahələrində möhkəm tərəfdaşlıq mövcuddur. ABŞ, həmçinin davamlı, çiçəklənən demokratik cəmiyyətin qurulmasında və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın səylərinə kömək etməyə tam sadiqdir. Əfqanıstandakı kollektiv səylərimizin dəstəklənməsinə Azərbaycanın töhfələrini olduqca yüksək qiymətləndiririk.

Milli bayramınız münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından ən xoş arzularımı çatdırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR