Azərbaycanın Qobustan rayonu 2015-ci ildən özünü tam alternativ mənbələrdən enerji ilə təmin edəcək - VİDEO

Azərbaycanın Qobustan rayonu 2015-ci ildən özünü tam alternativ mənbələrdən enerji ilə təmin edəcək - <span style="color: red;">VİDEO
# 01 noyabr 2013 09:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində «Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mövcud vəziyyət: nailiyyətlər, hədəflər» mövzusunda dəyirmi masa keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Dövlət Agentliyinin sədri Akim Bədəlovun sözlərinə görə, bu ilin may ayından istehsala başlayan Qobustan hibrid elektrik stansiyasında 1 mln. kVt/saat həcmində elektrik enerjisi istehsal olunaraq «Azərenerji» ASC-yə təhvil verilib.

Bakıda və regionlarda da xeyli layihələrin həyata keçirildiyini deyən Agentlik rəhbəri bildirib ki, əldə olunan uğurlar həm də beynəlxalq qurumlarla işgüzar əlaqələrin qurulması nəticəsində mümkün olub: «Avropa Birliyi, Almaniya, İsveç, Fransa, Ukrayna, Türkiyə kimi ölkələrlə müxtəlif istiqamətlərdə sıx əməkdaşlıq əlaqələri qurulub».

O bildirib ki, hazırda bir Azərbaycanın 10 rayonunda hər birinin gücü 30 MVt olan alternativ elektrik stansiyalarının qurulması üçün texniki əsaslandırma işləri aparılır. Onun sözlərinə görə, hər bir rayonun texniki şəraitinə əsaslanan stansiyalar qurulacaq: «2015-ci ilə qədər Qobustan rayonu ümumi elektrik şəbəkəsindən tam ayrılacaq və özü-özünü yalnız alternativ enerji ilə təmin edəcək».

Agentliyin sədr müavini Cəmil Məlikov isə bildirib ki, qurum müxtəlif məsləhətçilərin tövsiyələrini öyrənir və öz enerji siyasətini həyata keçirir: «Məqsədimiz bərpa olunan enerji mənbələrinin istifadəsi ilə məşğul olmaq üçün müraciət edən şirkətlərə, firmalara dəstək verməkdir. Bunun üçün də biz artıq bununla bağlı kadastrlar hazırlayırıq».

C.Məlikov bildirib ki, Agentliyin əsas hədəfi Avropa Birliyinin tələblərinə uyğun olaraq 2020-ci ildə Azərbaycanda bərpa olunan enerjinin həcmini 20%-ə çatdırmaqdır: «Tarif siyasəti isə dövlətin subsidiyalarına əsaslanacaq. İnvestisiyalar stimullaşdırılacaq və bunun üçün istehsalçı şirkətlərə müəyyən güzəştlərin verilməsi də nəzərdə tutulub».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR