«Albalı» kartlarının sahibləri üçün hədiyyə kampaniyası keçirilir

«Albalı» kartlarının sahibləri üçün hədiyyə kampaniyası keçirilir
# 18 mart 2014 08:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Unibank» ASC Novruz Bayramı münasibəti ilə «Albalı» kartlarının sahibləri üçün xüsusi hədiyyə hazırlayıb.

«Unibank»dan «APA-Economics»ə verilən məlumata görə, martın 19-26-da «Albalı» («Albalı Plus» və «28 Mall Albalı») kartları ilə 3 taksit və daha yuxarı alış-verişə daha 3 taksit hədiyyə olunacaq.

Hər gün minlərlə vətəndaş, ölkənin 1 000-dən artıq mağaza, supermarket və ticarət mərkəzlərində «Albalı» kartları ilə alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır.

«Albalı» kartını bankın istənilən filialından pulsuz almaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR