Sulutəpə-Biləcəri yolunda hərəkət zolaqlarının sayı səkkizə çatdırılacaq - FOTO

Sulutəpə-Biləcəri yolunda hərəkət zolaqlarının sayı səkkizə çatdırılacaq - <span style="color: red;">FOTO
# 06 iyun 2014 07:34 (UTC +04:00)

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

O, bildirib ki, hər tərəfdə eni 1 m olan çiyinlər və ayrıcı zolaq nəzərdə tutulan yolun eni 34 m təşkil edəcək.

“Yol boyu 2 avtobus dayanacağı, 2 dairəvi qovşaq salınacaq. Yolun 1,5 km hissəsində torpaq yatağının və yol geyiminin əsasının tikintisi başa çatıb. Hazırda əsasın üst layının bitumla emal edilmiş qara qırmadaşla tikintisi davam etdirilir. Dairəvi qovşaqlar da daxil olmaqla yol boyu bordürlərin qoyulması, avtobus dayanacaqları olan sahələrdə səkilərin və müasir işıqlandırma sisteminin quraşdırılması da nəzərdə tutulub”, - deyə o əlavə edib.

Qeyd edək ki, yol istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Bakı-Quba yolunun 10-cu km-dən Xocəsən, Sulutəpə istiqamətinə və əks istiqamətdə maneəsiz və fasiləsiz hərəkət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR