Azərbaycan XİN gürcü jurnalistin deportasiya olunmasını şərh edib

Azərbaycan XİN gürcü jurnalistin deportasiya olunmasını şərh edib
# 23 may 2013 13:05 (UTC +04:00)

XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya bildirib ki, Azərbaycanın işğal altında olan ərazilərinə müvafiq razılaşma olmadan səfər etmək qanunsuzdur.

“Azərbaycanın işğal altında olan ərazilərinə müvafiq strukturlarla razılaşdırmadan səfər etmək qanunsuz hərəkətdir, bu addım Azərbaycan suverenliyinə hörmətsizlik nümayiş etdirmək, ölkəmizin qanunvericiliyini və beynəlxalq hüquq normalarını pozmaq deməkdir”.

Xatırladaq ki, Marqarita Axvlediani Bakıya treninqlər keçmək üçün gəlib. O işğal altında olan Dağlıq Qarabağ regionuna qanunsuz səfər etdiyinə görə saxlanıb və ölkədən deportasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR