İranda zəlzələ baş verib

İranda zəlzələ baş verib
# 29 yanvar 2014 07:00 (UTC +04:00)

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Çaharmahal və Bəxtiyari vilayətinin Çelgərd rayonuna təsadüf edib.

5.1 bal gücündə olan zəlzələ yanvarın 29-da Bakı vaxtı ilə saat 03:47-də yerin 6 km dərinliyində meydana gəlib. Təbii fəlakət Çelgərddən (Çaharmahal və Bəxtiyari) 19 km, Qalexacədən (Xuzistan) 53 km və Bərfanbardan (İsfahan) 53 km uzaqlıqda baş verib. Dağıntı və tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR