Böyük Britaniya baş nazirinin elçisi: “Neft və qaz sahəsindən başqa digər sahələrdə də edə biləcəyimiz daha çox şey var” - FOTO

Böyük Britaniya baş nazirinin elçisi: “Neft və qaz sahəsindən başqa digər sahələrdə də edə biləcəyimiz daha çox şey var” - <span style="color: red;">FOTO
# 21 noyabr 2013 11:24 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Azərbaycanla Böyük Britaniya arasında investisiya əlaqələri çox möhkəmdir, amma bizim neft və qaz sahəsindən başqa digər sahələrdə də edə biləcəyimiz daha çox şey var”.

APA-nın məlumatına görə, bunu Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət məsələləri üzrə elçisi, parlament üzvü Çarlz Hendri (Charles Hendry) jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın neft və qaz sektoruna birbaşa yatırımların yarıdan çoxu Böyük Britaniya tərəfindən qoyulub: “Lakin qeyri-neft sahəsində də Böyük Britaniya Azərbaycana qoyulan yatırımlarda böyük paya malikdir. “Şahdəniz”in növbəti mərhələsi, kəmər strukturu ilə bağlı qərar Britaniyadan yeni sərmayələrin Azərbaycana yatırılması üçün yaxşı imkan olacaq. Biz bu cür qərarı verməyə hazır olan şirkətlərə böyük dəstək veririk və düşünürük ki, bu, iki ölkə arasında olan əlaqələrdə yeni dönüş nöqtəsi olacaq. Biz həmçinin digər ölkələrin şirkətlərinin Azərbaycana gəlməsini də görmək istəyirik”.

Ç.Hendri əlavə edib ki, ikitərəfli əlaqələrdə daha bir vacib sahə İKT sahəsidir: “Dekabrda Bakıda bununla bağlı konfrans keçiriləcək və orada hökumət tərəfindən vacib sahələr müəyyən olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR