İrəvan metrosuna partlayıcı qurğunun qoyulması barədə məlumat yayılıb

İrəvan metrosuna partlayıcı qurğunun qoyulması barədə məlumat yayılıb
# 02 dekabr 2013 09:18 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri ərəfəsində İrəvan metrosunda partlayıcı qurğunun tapılması barədə məlumat yayılıb.

APA-nın “Novosti-Armeniya” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan FHN-ə daxil olan məlumatda bildirilir ki, partlayıcı qurğu Prezident Administrasiyası qarşısında yerləşən “Marşal Baqramyan” metro stansiyasında qoyulub.

Hadisə yerinə Ermənistan FHN-in iki briqadası gələrək, araşdırma aparıb. Nəticədə daxil olan məlumatın yalan olduğu müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR