Azərbaycan parlamenti «Elm haqqında» qanunu qəbul etməyə hazırlaşır

Azərbaycan parlamenti «Elm haqqında» qanunu qəbul etməyə hazırlaşır
# 14 noyabr 2013 10:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda «Elm haqqında» qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. «APA-Economics»in məlumatına görə, bunu millət vəkili Şəmsəddin Hacıyev bildirib.


Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən müəllimlərin və elm adamlarının maaşlarının 10% artırılması üçün dövlət büdcəsindən 300 mln. manat həcmində vəsaitin ayrılması tələb olunur.

«Müəllimlərin maaşlarını artırmaq üçün əvvəla elm sahəsində ciddi işlər aparılmalıdır. Elm sahəsində ciddi texniki baza hazırlanmalıdır. Məhz bundan sonra müəllimlərin maaşları artırıla bilər. Çünki bunun üçün texniki və qanuni baza hazır olacaq», - deyə millət vəkili vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR