“Gallup” sosioloji sorğu xidməti İranın nüvə proqramı ilə bağlı sorğu keçirib

“Gallup” sosioloji sorğu xidməti İranın nüvə proqramı ilə bağlı sorğu keçirib
# 07 noyabr 2013 16:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Gallup” sosioloji sorğu xidməti İranın nüvə proqramı ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran xalqının 85%-i bu ölkəyə qarşı tətbiq olunmuş beynəlxalq sanksiyaların həyat tərzlərinə zərər verdiyini bildiriblər.

Ümumilikdə respondentlərin 50%-i beynəlxalq sanksiyalardan dolayı xeyli ziyan çəkdiklərini ifadə ediblər. Ancaq buna baxmayaraq, iranlıların 68%-i İran hökumətinin sürdürdüyü nüvə proqramının inkişaf etdirilməsinin zəruri olduğuna inanır. İran xalqının 46%-ı bu ölkəyə qarşı tətbiq edilmiş sanksiyalara görə ABŞ-ın məsuliyyət daşıdığını hesab edir. Respondentlərin yalnız 13%-i sanksiyalarla bağlı İran hökumətini günahkar sayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR