Vladimir Putin: “Rusiya pilotsuz təyyarələrdən geniş istifadə etməyəcək”

Vladimir Putin: “Rusiya pilotsuz təyyarələrdən geniş istifadə etməyəcək”
# 28 noyabr 2013 15:35 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu haqda Rusiya Federasiyasının prezidenti Vladimir Putin hərbi-hava qüvvələrinin inkişafı üzrə müşavirədə bildirib.

“Hazırda pilotsuz təyyarələrdən dünyada geniş istifadə olunur. Lakin biz digər dövlətlər kimi, hərəkət etməyəcəyik. Bu, kompyuter oyunu deyil, ciddi hərbi komplekslərdir: zərbəçi, kəşfiyyatçı... Və təbii ki, onların yaxşı perspektivi var”, - deyə RF dövlət başçısı qeyd edib.

V. Putin xatırladıb ki, 2013-cü ildə dövlət müdafiə sifarişi çərçivəsində ordu 86 təyyarə və 100-dən çox helikopterlə təchiz olunub. Gələn il daha 120 təyyarə və 90 helikopterin verilməsi planlaşdırılır. 2020-ci il üçün isə hərbi-hava qüvvələri təqribən 1,6 min ədəd yeni texnika almalıdır.

Beləliklə, orduda yeni hava qüvvələri texnikasının payı 70% çatacaq. Prezident təyin edilmiş müddəti nəzərə almağı və istehsal keyfiyyətini diqqətlə izləməyi tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR