"Qədim Qafqaz Albaniyasının tarixi izləri" adlı mədəni turizm marşrutu üzrə infotur keçirilib

"Qədim Qafqaz Albaniyasının tarixi izləri" adlı mədəni turizm marşrutu üzrə infotur keçirilib
# 17 dekabr 2013 08:13 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Dekabrın 14-15-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "A La Carte Travel" və "Gilan Turizm" turizm şirkətlərinin təşkilatçılığı ilə turizm şirkətlərinin və KİV nümayəndələrinin iştirakı ilə Qəbələ-Oğuz, Şəki-Qax bölgəsi istiqamətində "Qədim Qafqaz Albaniyasının tarixi izləri" adlı mədəni turizm marşrutu üzrə infotur keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, infoturda 34 turizm şirkəti, 16 media nümayəndəsi iştirak edib. Səfər çərçivəsində Qəbələ tarix-diyarşünaslıq muzeyi, Çotari Alban kilsəsi, Oğuz rayonundakı Alban məbədində yerləşən tarix-diyarşünaslıq muzeyi və Şəki Qədim Alban Məbədi ziyarət olunub: “İnfoturun keçirilməsi ölkəmizdəki mədəni dəyərlərin təşviqinə, onlardan turizm məqsədləri üçün daha səmərəli istifadəsinə, həmçinin Qafqaz Albaniyasının tarixinin öyrənilməsinə geniş imkanlar yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR