Azərbaycan Marketinq Cəmiyyəti: Vergi orqanları ilə vergi ödəyiciləri arasında səmimiyyət problemi var

Azərbaycan Marketinq Cəmiyyəti: Vergi orqanları ilə vergi ödəyiciləri arasında səmimiyyət problemi var
# 19 dekabr 2013 09:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanda vergi orqanları ilə irili-xırdalı vergi ödəyiciləri arasında səmimiyyət problemi var.


Bunu bu gün Bakıda keçirilən “Vergi partnyorluğu: qarşılıqlı inam və etimad körpüsü” adlı tədbirdə Azərbaycan Marketinq Cəmiyyətinin sədri Rəhim Hüseynov bildirib.


Onun sözlərinə görə, səmimi etiraf etmək lazımdır ki, bu gün vergi ödəyicilərinin vergi sisteminə inamsızlığı mövcuddur: “Amma bu belə deyil. Bu gün Vergilər Nazirliyi olduqca ciddi qurumdur. Amma bu inamsızlığı aradan qaldırmaq lazımdır. Vergi ödəyicisinin vergi orqanına etimadını gücləndirmək lazımdır”.


R.Hüseynov vergi ödəyicisi olduğunu, vergi orqanları ilə sız əməkdaşlıq etməsinə baxmayaraq, vergi partnyorluğu sazişi haqqında heç eşitmədiyini və bu barədə qətiyyən məlumatı olmadığını vurğulayıb: “Mən bu barədə ilk dəfə eşidirəm. Deyirsiniz ki, 354 sahibkarla vergi sazişi imzalanıb. Kimlərdir bunlar, nə işlə məşğul olurlar?”


Vergilər nazirinin müşaviri Akif Musayev isə buna cavab olaraq son illər Azərbaycanda vergilərlə bağlı görülən demək olar ki, bütün işləri sadalayıb. O bildirib ki, vergilərlə bağlı məktəblərə məktəbli uşaqlarının yaşına uyğun kitablar da çap olunub: “Hətta uşaqların dilində vergilərlə bağlı nağıllar belə yazılıb. 3800-dən artıq “vergi dostu” seçilib. Onların əksəriyyəti ucqar kəndlərdə yaşayan müəllimlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR