GUAM-la “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı arasında əməkdaşlığa dair Memorandum imzalanıb

GUAM-la “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı arasında əməkdaşlığa dair Memorandum imzalanıb
# 08 oktyabr 2013 09:23 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bu gün Demokratiya və İqtisadi İnkişaf Uğrunda təşkilat – GUAM-la “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı arasında əməkdaşlığa dair Memorandum imzalanıb. APA-nın xəbərinə görə, imzalanma mərasimində gənclər ittifaqının sədri, Azərbaycan Milli Məclisinin üzvü Fuad Muradov və GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak edib.

F. Muradov deyib ki, bu memorandum beynəlxalq təşkilatlarla imzalanan ilk sənəd deyil: “Biz UNESCO və digər böyük təşkilatlarla da memorandum imzalamışıq. Bizim layihə “Şərq tərəfdaşlığı”nın ən uğurlu layihəsi elan olunub”.

V. Çeçelaşvili isə Azərbaycanın pozitiv inkişafını qeyd edərək bildirib ki, GUAM-ın 4 üzv ölkəsi tərəfdaşlıq və dostluq əlaqələri ilə bir-birinə bağlıdır: “Biz asanlıqla birgə layihələr həyata keçiririk və “GUAM+” formatında əməkdaşlığı inkişaf etdiririk. Bu gün imzalanan sənədin üzərində ciddi çalışmışıq. “Böyük İpək Yolu”nun palitrası bizim 4 ölkədən daha böyükdür və bu, GUAM-ın daha geniş inkişaf yoluna çıxması üçün yaxşı imkandır. Bizim nəqliyyat-tranzit, ticarət və idman sahələrində birgə layihələr həyata keçirməyimizin böyük perspektivləri var. Tərəflər sahibkarlıq, turizm, təhsil, mədəniyyət və digər sahələrdə bundan sonra da qarşılıqlı əməkdaşlıq etmək istəyirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR